Futbol matçında faciə: 129 nəfər öldü - VİDEO

13:51 - 2 Oktyabr 2022

İndoneziya çempionatının 11-ci turunun "Arema" - "Persebaya" matçından sonra faciə yaşanıb.

 

Sportal.az xəbər verir ki, qonaqların 3:2 hesablı qələbəsi ilə bitən oyunun final fitindən sonra iğtişaşlar baş verib. Məğlubiyyəti həzm etməyən yerli fanatlar meydana axışıb. Nəticədə böyük izdiham yaşanıb.

 

Olaylar nəticəsində 129 nəfərin öldüyü, 180 nəfərin isə yaralandığı açıqlanıb.

 

Video linkdə - https://t.me/sportalaz/5108

Xəbər xətti