Premyer Liqa klubu baş məşqçini qovdu

10:17 - 3 Oktyabr 2022

İngiltərə Premyer Liqasında növbəti baş məşqçi ayrılığı gerçəkləşib.

 

Sportal.az xəbər verir ki, "Vulverhempton" Bruno Laje ilə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

46 yaşlı mütəxəssis uğursuz nəticələrə görə qovulub. Komanda 8 turdan sonra 6 xal toplayıb və turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.

 

Qeyd edək ki, Bruno Laje 2021-ci ilin yayından "Vulverhempton"un baş məşqçisi idi.

Xəbər xətti