De Bruynedən tarixi göstərici

13:59 - 3 Oktyabr 2022

"Mançester Siti"nin yarımmüdafiəçisi Kevin De Bruyne adını klubun tarixinə yazdırıb.

 

Sportal.az xəbər verir ki, belçikalı futbolçu Premyer Liqanın 8-ci turunun "Mançester Yunayted"lə matçında (6:3) qol ötürməsi etməklə buna nail olub.

 

31 yaşlı oyunçu "şəhərlilərin forması ilə etdiyi asistlərin sayını 94-ə çatdırıb. O, bu göstəricidə komandanın keçmiş futbolçusu David Silvanı qabaqlayıb. Təcrübəli futbolçu 94 qol ötürməsinə 218 oyunda nail olub.

 

Qeyd edək ki, Kevin De Bruyne cari mövsümdə "Mançester Siti"nin heyətində meydana çıxdığı 11 matçda 1 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti