"Kəpəz" ikinci liqada oynamış qapıçını gətirdi

13:30 - 5 Oktyabr 2022

“Kəpəz” xorvatiyalı qapıçı ilə müqavilə imzalayıb.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Gəncə təmsilçisi xorvatiyalı qolkiper Mario Mustapiçi heyətinə qatıb.

23 yaşlı qapıçı mövsümün sonuna qədər "Kəpəz"in qapısını qoruyacaq.

O, son olaraq Xorvatiya ikinci liqasında çıxış edən "Rudes"in formasını geyinib.

Xəbər xətti