"Olimpiakos"un baş məşqçisi: "Mənim fəlsəfəm həmişə qələbə üçün oynamaqdır"

19:55 - 5 Oktyabr 2022

"Olimpiakos"un baş məşqçisi Miçel Qonsales Avropa Liqası qrup mərhələsinin "Qarabağ"la matçından öncə keçirilən mətbuat konfransında iştirak edib.

 

Sportal.az xəbər verir ki, ispaniyalı mütəxəssis Ağdam təmsilçisi ilə matçda qələbə qazanmaq istədiklərini bildirib:

 

"Qalib gəlmək istəyirik və bunu bacara bilərik. Başqa düşüncə tərzi yoxdur. Bizim Avropada nüfuzumuz var. Mənim fəlsəfəm həmişə qələbə üçün oynamaqdır. "Qarabağ" bəzi top komandalarla oyunlarda gözəl qələbələr qazanıb. İllərdir avrokubokların qrup mərhələsində çıxış edir. Rəqibə hörmətlə yanaşırıq".

 

Qeyd edək ki, sabah "Georgios Karaiskakis" stadionunda keçiriləcək "Olimpiakos" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Xəbər xətti