Federasiya prezidenti milli üzvləri ilə görüşdü

20:37 - 5 Oktyabr 2022

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov dünya çempionatının əsas mərhələsi çərçivəsində oktyabrın 7-də Bakı İdman Sarayında Polşa yığması ilə qarşılaşacaq futzal Azərbaycan milli komandasının heyəti ilə görüşüb.

 

Sportal.az xəbər verir ki, AFF prezidenti komandanın üzvlərinə qarşıdakı oyunlarda ugurlar arzulayıb. Millinin baş məşqçisi Joze Alesio Da Silva hazırlıqla və oyunçuların durumu ilə bağlı federasiya rəhbərinə məlumat verib.

 

Görüşdə AFF-nin vitse-prezidenti Elşən Abasov, menecer Eldəniz Yusubov da iştirak edib.

Xəbər xətti