Ten Haqdan Ronaldo açıqlaması: "Oynamayanda məyus olur"

20:58 - 5 Oktyabr 2022

"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq komandanın hücumçusu Kriştiano Ronaldo haqda danışıb.

 

Sportal.az xəbər verir ki, niderlandlı mütəxəssis 37 yaşlı forvardın Premyer Liqanın 8-ci turunun "Mançester Siti" ilə matçda (3:6) oynamadığına görə məyus olduğunu bildirib:

 

"Məni yanlış anlamayın, Kriştiano Ronaldo Mançester derbisində oynamadığına görə məyusdur. Amma əsas mövzu məşqlərdəki ruh halıdır. Təbii ki, oynamaq istəyir və oynamayanda da əsəbləşir. Əgər "Mançester Yunayted"də ehtiyatda qalırsız və bundan məmnunsuzsa, o zaman bura sizin üçün doğru klub deyil. Kriştiano həqiqətən də rəqabətcil futbolçudur. Buna görə də oynamayanda məyus olur. Amma qeyd etməliyəm ki, çox yaxşı məşq edir, motivasiyalıdır və əlindən gələnin ən yaxşısını edir. Bizim də gözlədiyimiz budur".

Xəbər xətti