"Turan Tovuz" "Qəbələ"ni xalsız yola saldı - VİDEO

21:46 - 5 Oktyabr 2022

Futbol üzrə Azərbaycan I Divizionunda VI turun oyunlarına yekun vurulub.

 

Sportal.az xəbər verir ki, "Turan Tovuz-2" doğma meydanda "Qəbələ-2"ni qəbul edib. Qarşılaşma qərb bölgəsi təmsilçisinin 2:0 hesablı qələbəsiylə başa çatıb.

 

Xallarını 12-yə yüksəldən "Turan Tovuz-2" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. "Qəbələ-2" isə 9 xalla 6-cı sıradadır.

 

"Turan Tovuz" 2-0 "Qəbələ-2"
Qollar: 
Rəşad Əliyev, 72; Akif Tağıyev, 90+3

 

Xəbər xətti