"Qarabağ" azarkeşlərə müraciət etdi

21:56 - 5 Oktyabr 2022

UEFA Avropa Liqasının qrup mərhələsində keçiriləcək “Olimpiakos” (Yunanıstan) - “Qarabağ” matçını izləmək və "Qarabağ"ı dəstəkləmək istəyənlər biletləri oyun günü saat 18:30-dan 19:00-dək Afina şəhərinin mərkəzində yerləşən “Marble Stadium”dan (tarixi “Panathenaic” stadionu) ala bilərlər.

 

Sportal.az xəbər verir ki, biletin qiyməti 20 avrodur. Ödəniş yalnız nağd şəkildə qəbul ediləcək.

 

Azarkeşlərin oyundan əvvəl görüş nöqtəsi şəhər mərkəzində yerləşən “Marble” stadionunun qarşısı olacaq. Səfər komandasının azarkeşləri ilə bağlı yerli qaydalara, eləcə də təhlükəsizliyə görə, azarkeşlər matçın keçiriləcəyi Georgios Karaiskakis stadionuna "Qarabağ" tərəfindən ayrılmış xüsusi avtobuslarla, mühafizə əməkdaşlarının müşaiəti ilə gələcəklər.

Xəbər xətti