"Çelsi"nin aparıcı üzvü altı həftə oynamayacaq

12:37 - 7 Oktyabr 2022

"Çelsi"nin müdafiəçisi Uesli Fofana Çempionlar Liqasının qrup mərhələsində "Milan"a qarşı keçirilən görüşdə zədələnib.

Sportal.az "Sky Sports"a istinadən xəbər verir ki, o, aldığı zədə səbəbindən 6 həftəyə qədər meydana çıxmaya bilər.

Dizindən zədələnən 21 yaşlı futbolçunun artıq müalicəsinə başlanılıb.

"Zadəganlar" yayda 80 milyon avroya "Lester"dən transfer etmişdi. 

Xəbər xətti