"Qarabağ"ın rəqibi "Herta" ilə heç-heçə etdi - VİDEO

21:41 - 9 Oktyabr 2022

Almaniya Bundesliqasında 9-cu turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Frayburq" səfərdə "Herta"nın qonağı olub. Qarşılaşma 2:2 hesablı bərabərliklə başa çatıb.

 

9 turdan sonra 18 xal toplayan "Frayburq" Bundesliqada turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

 

Qeyd edək ki, "Qarabağ" qrup mərhələsinin ilk turunda "Frayburq"a 1:2 hesabı ilə məğlub olub. Komandalar arasında ikinci görüş 3 noyabr tarixində Bakıda baş tutacaq.

 

Xəbər xətti