"Real" "Şaxtyor"a qalib gələ bilmədi, "Milan" evdə "Çelsi"yə uduzdu - YENİLƏNİB

00:58 - 12 Oktyabr 2022

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində 4-cü tur start götürüb.

Sportal.az xəbər verir ki, ilk oyun günündə E, F, G və H qruplarında ümumilikdə 8 matç oynanılıb.

Millimizin forvardı Mahir Emrelinin formasını geyindiyi "Dinamo" (Zaqreb) "Zaltsburq"u qəbul edib. Emrelinin komandası evdə rəqibinə uduzmayıb. Amma Mahir bu görüşdə də meydana çıxmayıb. "Çelsi" isə "Milan"ı səfərdə məğlub edib. 

G qrupunda "Mançester Siti" "Kopenahgen"lə, Dortmund "Borussiya"sı isə "Sevilya" ilə qarşılaşıb və hər iki matç bərabərliklə bitib.

Çempionlar Liqası

11 oktyabr

E qrupu

"Milan" (İtaliya) - "Çelsi" (İngiltərə) 0:2 
Qollar:
Jorjinyo, 21 (p), Aubameyanq 34
Qırmızı vərəqə: Tomori, 18

"Dinamo" (Zaqreb, Xorvatiya) - "Zaltsburq" (Avstriya) 1:1 
Qollar: Lyubiçiç 42 - Seyvald 12

F qrupu

"Seltik" (Şotlandiya) - "Leyptsiq" (Almaniya) 0:2 
Qollar:
Verner 75, Forsberq 84

"Şaxtyor" (Donetsk, Ukrayna) - "Real" (Madrid, İspaniya) 1:1 
Qollar: Zubkov 46 - Rüdiger 90+5

G qrupu

"Kopenhagen" (Danimarka) - "Mançester Siti" (İngiltərə) 0:0 

"Borussiya" (Dortmund, Almaniya) - "Sevilya" (İspaniya) 1:1

Qollar: Bellingahm 35 - Niaznou 18

H qrupu

"Makkabi" (Hayfa, İsrail) - "Yuventus" (İtaliya) 2:0 
Qollar: Omer Atzili, 7, 42


PSJ (Fransa) - "Benfika" (Portuqaliya)  1:1 
Qollar:
Mbappe 40 (p) - Mario 62 (p)

Xəbər xətti