"Bavariya" "Qarabağ"ın rəqibini darmadağın etdi

23:21 - 16 Oktyabr 2022

Almaniya Bundesliqasında 10-cu turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Frayburq" səfərdə "Bavariya"nın qonağı olub. Qarşılaşma Münhen təmsilçisinin 5:0 hesablı qələbəsiylə başa çatıb.

 

Xallarını 19-a yüksəldən "Bavariya" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. "Frayburq" isə 18 xalla 3-cü yerdədir.

 

Qeyd edək ki, "Qarabağ" Avroliqanın qrup mərhələsinin ilk oyununda səfərdə "Frayburq"a 1:2 hesabı ilə məğlub olub. Komandalar arasında ikinci görüş 3 noyabr tarixində Bakıda baş tutacaq.

Xəbər xətti