Azərbaycan klubu qələbə ilə başladı

21:09 - 19 Oktyabr 2022

Kişi voleybolçulardan ibarət “Murov” klubu Çağırış Kubokunda mübarizəyə başlayıb.

Sportal.az xəbər verir ki, Fərid Cəlalovun rəhbərlik etdiyi kollektiv 1/32 final mərhələsində Xorvatiyanın “Kitro Varazdin” klubu ilə üz-üzə gəlib.

Dərnəgül Voleybol Mərkəzində baş tutan qarşılaşmada Azərbaycan təmsilçisinin 3:0 (25:19, 25:18, 25:20) hesablı qələbəsi ilə başa çatıb.

Komandalar arasında cavab oyunu oktyabrın 20-də eyni məkanda keçiriləcək.

Xəbər xətti