"Turan Tovuz"da ciddi itki: Yarımmüdafiəçi meydanı tərk etdi

19:24 - 20 Oktyabr 2022

"Turan Tovuz" Azərbaycan Premyer Liqasının 11-ci turunun matçında səfərdə "Qarabağ"ın qonağıdır.

 

Sportal.az xəbər verir ki, Tovuz təmsilçisi bu görüşdə ciddi itki ilə üzləşib.

 

"Turan Tovuz"un yarımmüdafiəçisi Ehtiram Şahverdiyev görüşün 22-ci dəqiqəsində zədələnib. 26 yaşlı oyunçu qarşılaşmanı davam etdirə bilməyib və meydana onun əvəzinə Ben Aziz Dao daxil olub.

 

Qeyd edək ki, hazırda birinci hissəsi davam edən "Qarabağ" - "Turan Tovuz" oyununda meydan sahibləri hesabda 1:0 öndədir.

Xəbər xətti