"Sumqayıt"ın 70-ci ev məğlubiyyəti

11:59 - 24 Oktyabr 2022

“Sumqayıt” Premyer Liqada 70-ci ev məğlubiyyətini alıb.

 

Sportal.az xəbər verir ki, “Gənclik şəhəri” təmsilçisi Misli Premyer Liqasının XI turunun “Zirə” ilə görüşündə iki cavabsız qol buraxıb.

 

Komanda öz meydanındakı 169-cu qarşılaşmada 70-ci dəfə xalsız qalıb. Sumqayıtlılar evdə 70 və daha çox oyunda uduzan 5-ci komanda olub.

 

Qeyd edək ki, “Sumqayıt” ilk ev yenilgisini 2011-ci il avqustun 14-də “Qəbələ”dən alıb – 1:2.

Xəbər xətti