İranlı hücumçu Messini qabaqladı

18:39 - 27 Oktyabr 2022

Çempionlar Liqasında qrup mərhələsinin beşinci turunun ən yaxşı oyunçusu müəyyələşib.

 

Sportal.az xəbər verir ki, həftənin ən yaxşısı "Portu"nun hücumçusu Mehdi Taremi seçilib. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

 

İranlı forvard "Benfika"dan Rafa Silva, PSJ-dən Lionel Messi və "Napoli"dən Covanni Simeoneni qabaqlayıb.

 

Qeyd edək ki, Mehdi Taremi "Portu"nun səfərdə "Brügge"ni 4:0 hesabı ilə məğlub etdiyi qarşılaşmada 2 qol vurub.

Xəbər xətti