Avropa Liqasında həftənin ən yaxşısı adına namizədlər

11:39 - 28 Oktyabr 2022

Avropa Liqasında qrup mərhələsinin beşinci turunun ən yaxşı oyunçusu adına namizədlər bəlli olub.

 

Sportal.az xəbər verir ki, həftənin ən yaxşısı seçilmək uğrunda "Real Sosyedad"dan Robert Navarro, PSV-dən Luk de Yonq, AEK-dən Omri Altman və "Renn"dən Amin Giuri mübarizə aparacaq.

 

Qalibin adına UEFA-nın saytında azarkeşlər arasında keçirilən sorğudan sonra aydınlıq gələcək.

Xəbər xətti