Kriştiano Ronaldodan 3:0 şərhi

14:58 - 28 Oktyabr 2022

"Mançester Yunayted" Avropa Liqası qrup mərhələsinin beşinci turunda doğma meydanda "Şerif"i 3:0 hesabı ilə məğlub edib.

 

Sportal.az xəbər verir ki, bu qarşılaşmada komandasının üçüncü qolunu vuran Kriştiano Ronaldo sosial şəbəkə hesabında paylaşım edib. Portuqaliyalı ulduz bunları qeyd edib:

 

"Əla komanda işi və yaxşı qələbə. Birlikdə irəli gedirik".

 

Qeyd edək ki, Premyer Liqanın 12-ci turunun "Tottenhem"lə matçından sonra əsas komandadan uzaqlaşdırırlan Ronaldo qayıdışından sonra ilk rəsmi oyununa çıxıb.

Xəbər xətti