"Sumqayıt" Tovuzda ciddi itki ilə üzləşdi

15:26 - 28 Oktyabr 2022

"Sumqayıt" Azərbaycan Premyer Liqasının 12-ci turu çərçivəsində səfərdə "Turan Tovuz"un qonağıdır.

 

Sportal.az xəbər verir ki, "kimyaçılar" bu qarşılaşmada ciddi itki ilə üzləşib. Gənclik şəhəri təmsilçisinin yarımmüdafiəçisi Alya Ture zədələnib.

 

20 yaşlı qvineyalı futbolçu matçı davam etdirə bilməyib. Onun əvəzinə oyunun 20-ci dəqiqəsində Rüfət Abdullazadə meydana daxil olub.

 

Qeyd edək ki, hazırda ilk hissəsi davam edən "Turan Tovuz" - "Sumqayıt" görüşündə hesab açılmayıb.

Xəbər xətti