"Yuventus" Alleqrinin yerinə namizəd tapdı

16:40 - 28 Oktyabr 2022

Uğursuz mövsüm keçirən "Yuventus" baş məşqçi Massimiliano Alleqri ilə yollarını ayırmağı planlaşdırır.

 

Sportal.az xəbər verir ki, Turin təmsilçisinin yeni baş məşqçi namizədi də bəllidir. İtaliya klubu komandanın sükanı arxasına hazırda "Tottenhem"də işləyən Antonio Konteni gətirmək istəyir.

 

"La Gazzetta dello Sport"un məlumatına görə, Konte özü də "Yuve"yə qayıtmağa isti yanaşır.

 

Qeyd edək ki, Antonio Konte 2011-2014-cü illərdə iki dəfə "Yuventus"a rəhbərlik edib.

Xəbər xətti