AFFA klubları polis və təcili yardıma görə cərimələdi

16:33 - 31 Oktyabr 2022

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

 

Sportal.az xəbər verir ki, iclasda I Divizionun son turunda baş verən qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib:

 

25.10.2022-ci il tarixində I Divizionun IX turunun “Qaradağ Lökbatan” – “Zirə-2” oyununda polis əməkdaşı oyun öncəsi iclasda iştirak etmədiyi üçün “Qaradağ Lökbatan” klubu 80 manat cərimə olunur. (maddə 62.1).

 

25.10.2022-ci il tarixində I Divizionun IX turunun “Qaradağ Lökbatan” – “Zirə-2” oyununda oyun xərək daşıyanlarla vaxtında təmin olunmadığı üçün “Qaradağ Lökbatan” klubu 80 manat cərimə olunur. (maddə 64.1).
 
25.10.2022-ci il tarixində I Divizionun IX turunun “Qaradağ Lökbatan” – “Zirə-2” oyununda “Zirə-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün “Zirə-2” klubu 80 manat cərimə olunur. (maddə 39).
 
26.10.2022-ci il tarixində I Divizionun IX turunun “Neftçi-2” – “Kəpəz-2” oyununda təcili tibbi yardım maşını stadiona gecikdiyi üçün “Neftçi-2” klubu 160 manat cərimə olunur. (maddə 59.4).
 
26.10.2022-ci il tarixində I Divizionun IX turunun “Neftçi-2” – “Kəpəz-2” oyununda “Kəpəz-2” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün “Kəpəz-2” klubu 80 manat cərimə olunur. (maddə 39).
 
26.10.2022-ci il tarixində I Divizionun IX turunun “Neftçi-2” – “Kəpəz-2” oyununda “Kəpəz-2” klubunun baş məşqçisi Xaliq Mərdanov texniki zonanı tərk edib hakimin qərarına etiraz etməsinə görə qırmızı vərəqə ilə cəzalandırıldığı üçün 1 oyun kənarlaşdırılır və “Kəpəz-2” klubu 80 manat cərimə olunur. (maddə 47.3). 
 
26.10.2022-ci il tarixində I Divizionun IX turunun “Qarabağ-2” – “İmişli” oyununda “İmişli” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün “İmişli” klubu 80 manat cərimə olunur. (maddə 39).
 
26.10.2022-ci il tarixində I Divizionun IX turunun “Qarabağ-2” – “İmişli” oyununda “İmişli”  klubunun 6 nömrəli futbolçusu Nicat Fərəcli oyunun 61-ci dəqiqəsində qeyri-idman hərəkəti etdiyinə görə ikinci xəbərdarlıq almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, “İmişli” klubu 320 manat cərimə olunur. (maddə 41.3).
 
25.10.2022-ci il tarixində I Divizionun IX turunun MOİK – “Qəbələ-2” oyununda “Qəbələ-2” klubunun komandası iclasa gecikdiyi  üçün 40 manat cərimə olunur. (maddə 62.2).
 
25.10.2022-ci il tarixində I Divizionun IX turunun MOİK – “Qəbələ-2” oyununda təcili tibbi yardım maşını gecikdiyi üçün MOİK klubu 160 manat cərimə olunur. (maddə 59.4).

 

25.10.2022-ci il tarixində I Divizionun IX turunun MOİK – “Qəbələ-2” oyununda MOİK klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün MOİK klubu 80 manat cərimə olunur. (maddə 39).
 
28.10.2022-ci il tarixində I Divizionun IX turunun “Zaqatala” – “Şamaxı-2” oyununda polis nümayəndəsi xidməti iclasa gecikdiyi üçün “Zaqatala” klubu 40 manat cərimə olunur. (maddə 62.2).
 
28.10.2022-ci il tarixində I Divizionun IX turunun “Zaqatala” – “Şamaxı-2” oyununda təcili tibbi yardım maşını gecikdiyi üçün “Zaqatala” klubu 160 manat cərimə olunur. (maddə 59.4).
 
28.10.2022-ci il tarixində I Divizionun IX turunun “Zaqatala” – “Şamaxı-2” oyununda azarkeşlər tərəfindən stadiona kənar əşya  (plastik su qabı) atıldığı üçün “Zaqatala” klubu 160 manat cərimə olunur. (maddə 51.1).
 
28.10.2022-ci il tarixində I Divizionun IX turunun “Zaqatala” – “Şamaxı-2” oyununda “Şamaxı-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün “Şamaxı-2” klubu 80 manat cərimə olunur. (maddə 39).

Xəbər xətti