"İnter" Lukakunun xidmətindən məhrum oldu

17:30 - 31 Oktyabr 2022

İtaliyanın "İnter" klubunun heyətində ciddi itki baş verib.

 

Sportal.az xəbər verir ki, Milan təmsilçisinin hücumçusu Romelu Lukaku zədələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Belçikalı forvardın Çempionlar Liqasında "Bavariya", A Seriyasında isə "Yuventus"la matçları buraxacağı gözlənilir.

 

Qeyd edək ki, "İnter" Romelu Lukakunu mövsümün əvvəlində "Çelsi"dən icarəyə götürüb. 29 yaşlı futbolçu komandanın heyətində meydana çıxdığı 5 matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti