"Liverpul" "Napoli"yə qalib gəldi, "Barselona" səfərdə qazandı - YENİLƏNİB

02:00 - 2 Noyabr 2022

UEFA Çempionlar Liqasının qrup mərhələsində sonuncu - VI tura start verilib.

Sportal.az xəbər verir ki, ilk oyun günündə A, B, C və D qruplarında keçirilən oyunlardan sonra 1/8 finalın daha 2 iştirakçısı bəlli olub.

"Liverpul" "Napoli"ni məğlub edib, "Reyncers" evdə "Ayaks"a məğlub olub.

"Ayntraxt" səfərdə "Sportinq"i məğlub edib, "Tottenhem" isə "Marsel" üzərində qələbə qazanıb. Bu nəticələrdən sonra "Ayntraxt" və "Tottenhem" növbəti mərhələyə vəsiqə qazanıb.

Çempionlar Liqası

1 noyabr

A qrupu

"Liverpul" (İngiltərə) - "Napoli" (İtaliya) - 2:0
Qollar:
M.Salah, 86, D.Nunyes, 90+8

"Reyncers" (Şotlandiya) - "Ayaks" (Niderland) - 1:3
Qollar
: C.Taverniye, 86 - S.Berquis, 4, M.Kudus, 29, F.Konseysao, 88

B qrupu

"Porto" (Portuqaliya) - "Atletiko" (Madrid, İspaniya) - 2:1
Qollar
: Taremi, 5, Eustakio, 24 - Markano, 90+5 (öz qapısına)

"Bayer" (Almaniya) - "Brügge" (Belçika) - 0:0

C qrupu

"Bavariya" (Almaniya) - "İnter" (İtaliya) - 2:0
Qollar
: B.Pavar, 32, E.Şupo-Motinq, 72

"Viktoriya" (Plzen, Çexiya) - "Barselona" (İspaniya) - 2:4
Qollar
: T.Çori 51 (penalti), 63 - M.Alonso, F.Torres, 44, 54, P.Torre, 75

D qrupu

"Sportinq" (Portuqaliya) - "Ayntraxt" (Frankurt, Almaniya) - 1:2
Qol
: Artur Qomes, 39 - D.Kamada, 62 (penalti), Kolo Muani, 72

"Marsel" (Fransa) - "Tottenhem" (İngiltərə) - 1:2
Qollar
: Ş.Mbemba, 45+2- K.Lanqle, 54, P.Höyberq, 90+5

Xal durumu:  "Tottenhem" - 11. "Ayntraxt" - 10. "Sportinq" - 7. "Marsel" - 7.

Xəbər xətti