Haaland "Sevilya"ya qarşı oynamayacaq

17:19 - 1 Noyabr 2022

"Mançester Siti"nin hücumçusu Erlinq Haaland Çempionlar liqası qrup mərhələsinin VI turunun "Sevilya" ilə matçında iştirak etməyəcək.

 

Sportal.az xəbər verir ki, bu barədə İngiltərə klubunun baş məşqçisi Pep Qvardiola məlumat verib. Norveçli forvard zədə səbəbindən komandasına kömək edə bilməyəcək.

 

Qeyd edək ki, "Mançester Siti" - "Sevilya" qarşılaşması sabah Bakı vaxtilə saat 00:00-da baş tutacaq. 

Xəbər xətti