"Neftçi" Sumqayıt səfərindən 3 xalla qayıtdı - VİDEO

18:22 - 1 Noyabr 2022

Futbol üzrə Azərbaycan I Divizionunda X tura start verilib.

 

Sportal.az xəbər verir ki, bu gün "Neftçi-2" səfərdə "Sumqayıt-2"nin qonağı olub. Qarşılaşma "ağ-qaralar"ın 2:1 hesablı qələbəsiylə başa çatıb.

 

Xallarını 22-yə yüksəldən "Neftçi-2" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. "Sumqayıt-2" isə 9 xalla 13-cü yerdədir.

 

"Sumqayıt-2" - "Neftçi-2" 1:2

Qollar: Nihad Ağayev, 30 - İbrahim Novruzov, 3, Vüsal Əsgərov, 61

 

Xəbər xətti