"Frayburq" Bakıya gəldi - FOTO

21:09 - 2 Noyabr 2022

"Frayburq" Avropa Liqası qrup mərhələsinin son turu çərçivəsində "Qarabağ"ın qonağı olacaq.

 

Sportal.az xəbər verir ki, Almaniya klubu artıq Bakıya gəlib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Kristian Ştrayxın rəhbərlik etdiyi kollektiv Tofiq Bəhramov adına Respublika Stadionunda məşqə çıxdıqdan sonra otelə gedəcək.

 

Qeyd edək ki, "Qarabağ" - "Frayburq" qarşılaşması sabah saat 21:45-də start götürəcək.

 

Resim

Xəbər xətti