"Neftçi"nin avtobusu tıxaca düşdü: Komanda oyuna gecikir

18:19 - 5 Noyabr 2022

Misli Premyer Liqasının 13-cü turunda bu gün keçiriləcək "Sumqayıt" - "Neftçi" matçından əvvəl problem yaşanır.

 

Sporta.az xəbər verir ki, qonaqlar Bakı-Sumqayıt yolundakı tıxac səbəbilə hələ ki, görüşün baş tutacağı "Kapital Bank Arena"ya çata bilməyib.

 

Qeyd edək ki, qarşılaşma 19:00-da start götürməlidir.

Xəbər xətti