Renat oynadı, komandası məğlub oldu

22:53 - 5 Noyabr 2022

İsveçrə Super Liqasında 15-ci turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşovun şərəfini qoruduğu "Qrasshopper" səfərdə "Sent Qallen"in qonağı olub. Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsiylə başa çatıb.

 

Renat Dadaşov da bu görüşün iştirakçısı olub. Qarşılaşmaya start heyətdə başlayan 24 yaşlı forvard 54-cü dəqiqədə əvəzləniv.

 

15 turdan sonra 17 xal toplayan "Qrasshopper" turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

Xəbər xətti