Xavi: "Bizim bəxtimiz yoxdur"

19:15 - 7 Noyabr 2022

"Barselona" Avropa Liqasının pley-off mərhələsində "Mançester Yunayted"lə qarşılaşacaq.

 

Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisinin baş məşqçisi Xavi Hernandes püşkü dəyərləndirib. 42 yaşlı mütəxəssis bəxtlərinin gətirmədiyini bildirib:

 

"Yenə bu turnirdə ən çətin rəqib düşdü. Bizim bəxtimiz yoxdur".

 

Qeyd edək ki, "Barselona" Çempionlar Liqasında "Bavariya", "İnter" və "Viktoriya"nın olduğu qrupu üçüncü yerdə tamamlayaraq Avropa Liqasında mübarizə aparmalı olub.

Xəbər xətti