Azərbaycan klubu 1/8 finala yüksəldi

20:47 - 9 Noyabr 2022

Kişi voleybolçulardan ibarət "Murov" klubu Çağırış Kubokunda növbəti oyununa çıxıb.

 

Sportal.az xəbər verir ki, Fərid Cəlalovun rəhbərlik etdiyi kollektiv 1/16 finalın ikinci matçında Avstriyanın “UVC Qrats” klubu ilə qarşılaşıb. Görüş Azərbaycan təmsilçisinin qələbəsiylə başa çatıb - 3:0.

 

İlk oyunda da rəqibinə qalib gələn "Murov" yarışın 1/8 final mərhələsinə yüksəlib.

Xəbər xətti