Mahirin "Dinamo"dakı gələcəyi qışda bilinəcək

13:06 - 11 Noyabr 2022

Xorvatiyanın "Dinamo" klubunda çıxış edən Mahir Emrelinin komandadakı gələcəyi qış transfer pəncərəsi zamanı bəlli olacaq.

 

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin üzvünün Zaqreb təmsilçisindəki taleyi Bruno Petkoviçdən asılıdır. "Dinamo" xorvatiyalı forvardı satsa, Mahir Emreli və Yosip Drmiç komandada qalacaq. 

 

Qeyd edək ki, Mahir Emreli 2021-ci ilin yanvar ayından "Dinamo"dan çıxış edir. 25 yaşlı hücumçunun Xorvatiya klubu ilə müqaviləsi 2026-cı ilin yayına kimidir. Mahir cari mövsümdə komandanın heyətində meydana çıxdığı 9 matçda 1 qol vurub.

Xəbər xətti