"Neftçi" ciddi itki ilə üzləşdi

19:36 - 12 Noyabr 2022

"Neftçi" Azərbaycan Premyer Liqasının 14-cü turunda "Qəbələ"ni qəbul edir.

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi oyunun ilk hissəsində ciddi itki ilə üzləşib. Meydan sahiblərinin müdafiəçisi Mamadu Mbodj zədələnib. Ayağından xəsarət alan futbolçu Solomon Kvirkveliya ilə əvəzlənib.

Qeyd edək ki, hazırda ikinci hissəsi hissəsi oynanılan matçda "Neftçi" 1:0 hesabıyla öndədir.

Xəbər xətti