"Zirə"nin futbolçusu Niger millisinə çağırıldı

20:16 - 13 Noyabr 2022

"Zirə"nin üzvü İssa Cibriel milli komandaya dəvət alıb.

Sportal.az xəbər verir ki, nigerli vinger ölkəsinin Konqo DR və Liviyaya qarşı keçirəcəyi yoxlama oyunları üçün yığmaya çağırılıb.

Son klubu Türkiyə "Keçiörengücü"sü olan Cibriel 2023-cü ilin yanvarında "Zirə"nin düşərgəsinə qoşulacaq.

Xəbər xətti