"Neftçi"nin müdafiəçisi Gürcüstan millisində

15:36 - 14 Noyabr 2022

“Neftçi”nin müdafiəçisi Solomon Kvirkveliya Gürcüstan milli komandasına dəvət olunub.

 

Sportal.az xəbər verir ki, 30 yaşlı futbolçu millinin BƏƏ-də keçiriləcək təlim-məşq toplanışında iştirak edəcək. Gürcüstan yığması komandası toplanış çərçivəsində noyabrın 17-də Mərakeş millisi ilə üz-üzə gələcək.

 

Qeyd edək ki, Kvirkveliya Gürcüstan milli komandasının heyətində 46 oyun keçirib.
 

Xəbər xətti