"Barselona"nın futbolçusu maşınla velosipedçini vurdu

21:16 - 14 Noyabr 2022

"Barselona"nın futbolçusu Ansu Fati qəza törədib.

 

Sportal.az xəbər verir ki, 20 yaşlı hücumçu avtomobili ilə yolla hərəkət edən velosipedçini vurub. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

 

Gənc forvardın maşını ilə vurduğu velosipedçinin ayağı sınıb. İspaniya millisinin üzvü həmin şəxsi ziyarət etmək üçün xəstəxanaya gedib. Fatinin özü heç bir xəsarət almayıb və onun dünya çempionatında iştirak etməsi üçün təhlükə yoxdur.

Xəbər xətti