Millimizin Macarıstan və İsveçlə oyunlar üçün heyəti açıqlandı

16:43 - 15 Noyabr 2022

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gündən noyabrın 20-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olacaq.

 

Sportal.az xəbər verir ki, yığmamız qonşu ölkədə 2 yoldaşıq oyunu keçirəcək. Samir Əliyevin rəhbərlik etdiyi kollektiv noyabrın 17-si Macarıstan, 20-si isə İsveçlə qarşılaşacaq.

 

Toplanışa dəvət olunan futbolçuların siyahısını diqqətinizə çatdırırıq:

 

Qapıçılar: Rza Cəfərov (Neftçi), Yusif İmanov (Sabah), Rüstəm Samiqullin (Sabah)

 

Müdafiəçilər: David Orucov (Neftçi), Xəyyam Hüseynov (Turan Tovuz), Şirxan Həsənzadə (Qarabağ), Abdulla Rzayev (Sabah), Mirəli Əhmədov (Sabah), Hüseyn Babayev (Neftçi), İbrahim Ramazanov (Qəbələ), Rüfət Abbasov (Neftçi), Süleyman Damadayev (Qəbələ)

 

Yarımmüdafiəçilər: Veysəl Rzayev (Turan Tovuz), Camal CƏfərov (Sabah), Elcan Əbilov (Neftçi), Elçin Qasımov (Turan Tovuz), Ramin Nəsirli (Neftçi), Murad Vəliyev (Levadiya, Estoniya), Nihat Fərəcli (Koblenz, Almaniya), Emil SƏfərov (Qəbələ), Tuqay Əlizadə (Araz Naxçıvan), Samir Abdullayev (Səbail)

 

Hücumçular: Nəriman Axundzafə (Qarabağ), Mustafa Yıldırım (Çorum, Türkiyə)

Xəbər xətti