Canni De Byazi: "Millinin qapısı hamı üçün açıqdır"

20:10 - 15 Noyabr 2022

Azərbaycan milli komandası sabah Moldova ilə yoldaşlıq oyununda üz-üzə gələcək.

 

Sportal.az xəbər verir ki, qarşılaşmadan öncə baş tutan mətbuat konfransında yığmamızın baş məşqçisi Canni De Byazi açıqlama verib: 

 


“Hər iki oyun bizim üçün vacibdir. 17 ay öncə burada uduzmuşduq. Dünən futbolçularla bu barədə söhbətimiz oldu. Türkiyə və Belarusla oyundan sonra buraya rahat gəlmişdik. Onda yanaşma yaxşı deyildi. Meydanda bütün gücümüzü ortaya qoymalıyıq.

 

İnkişaf etmək, inam qazanmaq üçün çox çalışmalıyıq. AÇ-nin seçmə mərhələsinə 122 gün qalıb. Hazırda düşərgədə 26 futbolçu var. Bu futbolçular bizə seçmə mərhələdə kömək edə bilərlər. Millinin qapısı hamı üçün açıqdır. Amma bağlana da bilər. Son vaxtlar işlərimiz yaxşı gedir, ardıcıl üç qələbə qazanmışıq. Buna görə sevinirəm".

Xəbər xətti