Emin Mahmudov: "Hər oyuna qələbə qazanmaq üçün çıxmalıyıq"

20:26 - 15 Noyabr 2022

Azərbaycan milli komandası sabah Moldova ilə yoldaşlıq oyununda üz-üzə gələcək.

 

Sportal.az xəbər verir ki, qarşılaşmadan öncə baş tutan mətbuat konfransında yığmamızın kapitanı EDmin Mahmudov açıqlama verib: 

 

"Rəsmi oyunlardan əvvəl bu cür yoldaşlıq oyunları bir-birimizi daha yaxşı başa düşmək üçün lazımdır. Asan olacağını düşünmürük. Milli komandadayıqsa, hər oyuna qələbə qazanmaq üçün çıxmalıyıq. İnanıram ki, sabah məqsədimizə çatacağıq. Moldova komandasının bəzi oyunçuları Rusiyada çıxış edir. Onlarla tanışlığım var. Asan oyun olmayacaq”.

Xəbər xətti