2 futbolçu Türkiyə millisini tərk etdi

16:31 - 17 Noyabr 2022

2 futbolçu Türkiyə milli komandasının heyətindən kənarlaşdırılıb.

 

Sportal.az xəbər verir ki, İrfan Can Khveci ("Fənərbaxça") ilə Orkun Kökçü ("Feyenoord") klublarına qayıdıblar. Bu barədə Türkiyə Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

 

Qeyd edək ki, Türkiyə yığması dünən yoldaşlıq oyununda Şotlandiyanı 2:1 hesabı ilə məğlub edib. "Ay-ulduzlular" 19 noyabr tarixində Çexiya ilə qarşılaşacaq.

Xəbər xətti