Ronaldo Messi haqda danışdı: "Onunla dost deyiləm"

11:22 - 18 Noyabr 2022

"Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldonun "The Sun" nəşrinə müsahibəsinin ikinci hissəsi yayımlanıb.

 

Sportal.az xəbər verir ki, portuqaliyalı ulduz PSJ-dəki həmkarı Lionel Messi haqda danışıb. Ronaldo argentinalı hücumçu ilə yaxşı münasibətlərinin olduğunu deyib:

 

"Lionel Messi inanılmaz futbolçudur. Sehrlidir. 16 il eyni səhnəni paylaşmışıq. Buna görə də onunla əla münasibətim var. Messi həqiqətən hörmət etdiyim insandır. O, həmişə mənim haqqımda xoş sözlər deyir. Onunla dost deyiləm. Lakin dostluq deyəndə bir yerdə vaxt keçirilən, tez-tez telefonla danışılan münasibətləri nəzərdə tuturam. Biz komanda yoldaşı kimiyik. Haqqımda dediklərinə həmişə hörmət etmişəm".

Xəbər xətti