Ronaldo rekorda imza atdı

19:56 - 21 Noyabr 2022

"Mançester Yunayted"in ulduz futbolçusu Kriştiano Ronaldo daha bir rekorda imza atıb.

 

Sportal.az xəbər verir ki, bu, sosial şəbəkə ilə bağlıdır.

 

Portuqaliya milli komandasının üzvünün instaqramda izləyici sayı 500 milyonu ötüb. 37 yaşlı hücumçu bunu bacaran ilk insan kimi tarixə düşüb.

 

İnstaqramda ən çox izləyicisi olan ikinci şəxs isə PSJ-nin hücumçusu Lionel Messidir. Argentinalı futbolçunun 376 milyon təqibçisi var.

Xəbər xətti