"Mançester Siti" Qvardiolanın müqaviləsini uzadacaq

"Mançester Siti" rəhbərliyi baş məşqçi Pep Qvardiola ilə bağlı qərar verib.

 

Sportal.az xəbər verir ki, "şəhərlilər" ispaniyalı mütəxəssislə yola davam edəcək. Bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb.

 

Premyer Liqa təmsilçisi 51 yaşlı məşqçi ilə sözləşmənin müddətini 2025-ci ilin yayına kimi uzatmaqla bağlı razılıq əldə edib.

 

Qeyd edək ki, Pep Qvardiola 2016-cı ilin yayından "Mançester Siti"nin baş məşqçisi vəzifəsində çalışır. Komanda onun rəhbərliyi altında 4 dəfə İngiltərə çempionu olub.

Tarix: 22 Noyabr [22:51]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
1 Fevral 2023
31  Yanvar 2017
© 2012 - 2023 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio