Azərbaycan Kubokunda 1/4 final cütləri məlum oldu

20:30 - 23 Noyabr 2022

Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulub.

Sportal.az xəbər verir ki, baş tutan matçlardan sonra "Qəbələ", "Səbail", "Sabah", "Zirə", "Kəpəz" və "Turan Tovuz" növbəti mərhələyə yüksəlib. "Qarabağ" və "Neftçi" isə 1/4 finalda onlara qoşulacaq.

Ölkə kubokunda 1/4 final cütləri belədir:

"Qarabağ" - "Qəbələ"
"Səbail" - "Sabah"
"Kəpəz" - "Turan Tovuz"
"Zirə" - "Neftçi"

Xəbər xətti