Krivotsyuk oynadı, komandası qalib gəldi

20:57 - 25 Noyabr 2022

Polşanın "Visla" klubu yoxlama oyununda qüvvəsini sınayıb.

 

Sportal.az xəbər verir ki, plotsk təmsilçisi Slovakiya toplanışı çərçivəsində yerli "Jeleziarne" ilə qarşılaşıb. Matç polyakların 3:1 hesablı qələbəsiylə başa çatıb.

 

Anton Krivotsyuk da bu görüşün iştirakçısı olub. 24 yaşlı müdafiəçi qarşılaşmaya start heyətdə başlayıb və 74-cü dəqiqədə əvəzlənib.

Xəbər xətti