Barış Şimşek "Qəbələ"yə seminar keçdi

22:40 - 25 Noyabr 2022

AFFA-nın Hakimlər Komitəsinin sədri Barış Şimşek və departament rəhbəri Cavid Cəlilov “Qəbələ”nin əsas komandasının məşqçi və futbolçu heyəti ilə görüşüb.

Sportal.az xəbər verir ki, komitə rəhbəri komanda üçün seminar keçib. Komanda üzvləri oyun qaydalarındakı yeniliklərlə tanış olub, həmçinin VAR və bəzi qaydalar barədə ətraflı məlumatlandırılıb.

O, seminar iştirakçılarının oyun qaydaları ilə bağlı suallarını cavablandırıb. Seminarın sonuncu müxtəlif qarşılaşmalardan seçilmiş epizodlar müzakirə olunub.

Xəbər xətti