"Qarabağ"ın oyununun biletləri satışa çıxarılır

14:50 - 26 Noyabr 2022


Misli Premyer Liqasının 15-ci turunda keçiriləcək “Qarabağ” – “Zirə” qarşılaşmasının biletləri noyabrın 27-i saat 11:00-dan etibarən satışa çıxarılacaq.

 

Sportal.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 5 manat, mərkəzi sektorlar 10 manat, VIP biletlər isə 20 manat təşkil edir.

 

Biletləri noyabrın 27-də iticket.az-dan ala bilərsiniz. Oyun günü isə biletləri həm @iticket.az, həm də “Azersun Arena”nın kassasından almaq mümkündür.

 

Qapılar azarkeşlər üçün matçın start fitindən 90 dəqiqə əvvəl açılacaq.

Xəbər xətti