Azərbaycan çempionatının keçiriləcəyi tarix açıqlandı

15:15 - 26 Noyabr 2022

Dekabrın 2-də Bakı İdman Sarayında cüdo üzrə qadınlar və kişilər arasında Azərbaycan çempionatı keçiriləcək.

 

Sportal.az xəbər verir ki, 4 gün davam edəcək yarışda 400-ə yaxın cüdoçu 56 medal və çempionluq titulu uğrunda mübarizə aparacaq.

 

Fərdi yarışlar 2-4 dekabrda, komanda yarışları isə 5 dekabrda baş tutacaq.

 

Yarış hər gün saat 10:00-da başlayacaq, final görüşləri isə saat 16:30-da keçiriləcək. Çempionatı canlı olaraq judo.az saytından izləmək mümkün olacaq.

 

Qeyd edək ki, dekabrın 3-də yarışın açılış mərasimi keçiriləcək Tədbir 16:00-da başlayacaq.

Xəbər xətti