Baş məşqçidən Onana açıqlaması: "Nizam-intizam vacibdir"

18:34 - 28 Noyabr 2022

"İnter"in qapıçısı Andre Onana Kamerun millisinin heyətindən kənarlaşdırılıb.

 

Sportal.az xəbər verir ki, yığmanın baş məşqçisi Riqober Sonq DÇ-2022-nin Serbiya ilə matçından (3:3) sonra açıqlama verib. O, 26 yaşlı qolkiperin intizamsızlığa görə heyətdən kənarda qaldığını deyib:

 

"Komandaya bir oyunçudan daha çox önəm verirəm. Onana ayrılmaq istədi və biz də bunu qəbul etdik. Heyətdə birlikdə çalışan 26 futbolçu var. Nizam-intizam və hörmət vacibdir. Bunu sübut etmək üçün buradayıq. Onana möhtəşəm qapıçıdır, amma biz komandaya köklənirik. 

Xəbər xətti