Dramatik matçda Qana sevindi - VİDEO

19:27 - 28 Noyabr 2022

Dünya çempionatında qrup mərhələsinin ikinci turunun oyunları davam edir.

 

Sportal.az xəbər verir ki, H qrupunda Qana və Cənubi Koreya milli komandaları üz-üzə gəlib. Qarşılaşma Afrika təmsilçisinin 3:2 hesablı qələbəsiylə başa çatıb.

 

Xallarını 3-ə yüksəldən Qana qrupda ikinci pillədədir. Cənubi Koreya yığması isə 1 xalla sonuncu yerdədir.

 

Cənubi Koreya- Qana 2:3

Qollar: Jo Qe-sun, 58, 61 - Mohammed Salisu, 24, Mohammed Kudüs, 35, 69

 

Xəbər xətti